İlham Əliyev: `Status-kvo qəbuledilməzdir`


02:28     09 Avqust 2016 1444684983_wwika77rm4da.jpg

"Hazırda Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir".


"RİA Novosti" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən üçtərəfli sammitdə çıxışı zamanı bildirib.

"Beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarıdırlar... Münaqişə ilə bağlı mövcud olan (Dağlıq Qarabağda - red.) status-kvo qəbuledilməzdir", - deyə prezident vurğulayıb.

"Münaqişə mütləq beynəlxalq hüquq normalarına uyğun olaraq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir", - deyə Azərbaycan Prezidenti əlavə edib.

Qeyd edək ki, Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüş keçirilir.

Açar sözlər:

Oxunub: 1589